Novruz qədim tarixi kökləri olan bahar bayramıdır

Qədim dövrlərdə yaranmış Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir. Hələ XX əsrin 80-ci illərində Azərbaycanın rəsmi sovet sənədlərində göstərilirdi: “Biz hamımız bəzi adətlərin necə bayağılaşdırıldığının şahidi olmuşuq. Bu da guya adamları mənəvi cəhətdən saflaşdırmaq naminə edilirmiş. Əməksevərliyi, nəcibliyi, rəhmdilliyi tərənnüm edən “Novruz bayramı” dini bayram elan edilmişdi. Halbuki baharın gəlişinin rəmzi olan bu bayram eramızdan çox-çox qabaqlar qeyd edilirdi”.

Xalq yazıçısı Mirzə İbrahimov Novruz bayramının qədimliyi və xalqımızın ruhunda Azərbaycançılıq hissinin yaranmasında mühüm rol oynadığını qeyd edərək yazırdı: “Xalqların lap qədimdən gələn çox gözəl və maraqlı bayramları vardır. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər. Bayram, təbii olaraq, hər xalqın tarixən formalaşmasını, həyat yolunun xüsusiyyətləri, yaşadığı və ölkənin coğrafi vəziyyəti ilə bağlı olur. İqlimin təkrarolunmaz və gözlənilməz hadisələri də bayramlara öz təsirini göstərmişdir. Bayramın necə keçirilməsi və mənalandırılmasında insanların mənəvi-psixoloji aləmi, əxlaqi, dünya və kosmik aləm barədəki təsəvvürləri də az rol oynamır. Bütün bunların təsirini ən qədim bayramlardan tutmuş bizim əsrimizdə yaranan bayramların da keçirilməsindəki modellərdə, geyim və əyləncə vasitələrinin müxtəlifliyində, zənginliyində, xüsusi milli forma rəngarəngliyində görmək və hiss etmək mümkündür”.
Davamı →

Türk xalqlarının ortaq Yeni Gün bayramı

Günəş öz isti şüaları ilə torpağı oyadır, çayların suyu artır, kol dibindən bənövşə baş qaldırır, quşların səsi ətrafı bürüyür. Təbiətdəki bu əhval-ruhiyyə — bahar nəfəsinin duyulması yaddaşlardan süzülüb bu günümüzə çatmış Novruzun gəlişindən xəbər verir. Bu il bayramın özəlliyi odur ki, BMT-nin Baş Məclisinin 64-cü sessiyasının fevralın 24-də qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edildi. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub. Bu qərar Novruza təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri kimi verilən qiymət hesab edilə bilər.

Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər “Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründən bayram edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi Simaçen “Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə—Novruzda bayram keçirdiklərini qeyd edib.
Davamı →

Novruz Bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

Azərbaycanda Novruz bayramı həm də Bahar bayramı kimi qeyd olunur. Novruzla yanaşı, baharın da adı qoşa çəkilir, qoşa vurğulanır. Hələ dilimizə fars sözləri girmədən öncə Novruza «il bayramı», «yaz bayramı» və «bahar bayramı» deyiblər. Odur ki, bu bayramın əsas simvollarından, qəhrəmanlarından biri də «Bahar qızı» adlandırılardı. Artıq neçə illərdir ki, Novruz «Bahar qız»sız təsəvvür edilmir. «Bahar qız» yazın ilk günündə bütün eli-obanı dolaşar, yazın gəlişinin müjdəçisi olar. Paytaxt Bakıda da Bahar qızı güllü-çiçəkli bahar rəngli, bahar donu ilə İçərişəhərdə, Qız qalasının önündə dayanaraq insanları xoşbəxtcəsinə seyr edər. Nə gözəldir, deyilmi?! Dünyanın ən xoş niyyətli qızı «Bahar qızı»…

Davamı →

Milli Mətbuat və Jurnalistika Günü

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. 
Ardı →

Azərbaycan Polisi Günü

Azərbaycan polisləriAzərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin vəəmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. 

AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində «milis» adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır. 
Ardı →

Qurtuluş günü

Qurtuluş gunu1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. Birinci Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını daşdırırdı. Azərbaycan hökuməti xalq arasındakı dayaqlarını itirirdi. İyunun 4-də Surət Hüseynovun rəhbərliyi altında Gəncəşəhərindəki ordu hissələri qiyam qaldırmışdı. O dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından bu qiyam getdikcə daha geniş miqyasda yayılaraq vətəndaş müharibəsi xarakteri almışdı. 

Daşnakların «Böyük Ermənistan» yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Gəncədə qardaş qanı tökülmüşdü. Bakı yaxınlığında — Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmışdı.
Ardı →

Bayramlar bayramı - Novruz

Azərbaycan xalqının elliklə qeyd etdiyi bayram Novruz bayramıdır. Eyni zamanda bu bayram tarixdə «Xızır günü», «Azərbaycanı», «Hörmüzd bayramı», «Fərvərdin bayramı», «Bahar çəşn», «Yeni gün bayramı», "Ərgənəkon bayramı", «Qurtuluş bayramı» və s. adlarla da adlandırılmışdır. Bilavasitə baharın, yazın, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il bayram edilən Novruz çox əski çağlardan bəri elə «Novruz» olaraq adlandırılmışdır.

İbn-əl-Bəlx «Farsnamə» əsərində bildirir ki, «Cəmşid (Pişdadilər sülaləsinin IV hökmdarı-red.) yeni tikdirdiyi sarayda taxta çıxdığı gün Günəş ilinin başlanması günü imiş. Sonralar həmin günü bayram edərək Novruz adlandırıblar. Həmin gün Fərvərdin ayının Hörmüzd günü imiş».
Davamı →

Novruz bayramının tarixi və çərşənbələr

Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu «mifoloji yol»un izləri özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər dörd çərşənbə geniş şəkildə qeyd edilir:
1.Su çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq çərşənbəsi
Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Bu aspektlərə ayrı-ayrılıqda diqqət edək.
Davamı →